https://news.day.az/azerinews/1487924.html
Cüdoçularımız İslam Həmrəyliyi Oyunlarının qalibi olub - FOTO
Cüdoçularımız İslam Həmrəyliyi Oyunlarının qalibi olub - FOTO

Azərbaycanın cüdo üzrə kişilərdən ibarət yığması V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.
Trend-in məlumatına görə, İbrahim Əliyev, Telman Vəliyev, Elmar Qasımov və Zelim Tskayev türkiyəli idmançılara 3:2 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре