https://news.day.az/azerinews/1497468.html Bulvarda sökülən atraksionların yerinə niyə yeniləri gətirilmir? - AÇIQLAMA Bir müddətdir ki, bulvar ərazisində bəzi atraksionların istifadəsi dayandırılıb, bir neçə atraksion sökülüb. Day.Az xəbər verir ki, bir neçə ay əvvəl Dənizkənarı Bulvar İdarəsinin sədrinin müşaviri Könül İmamverdiyeva Trend-ə bildirmişdi ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün ərazidən götürülüb.

Bulvarda sökülən atraksionların yerinə niyə yeniləri gətirilmir? - AÇIQLAMA

Azərbaycanca, 22 сентября 2022 13:10 (UTC +04:00) 2 852
Bulvarda sökülən atraksionların yerinə niyə yeniləri gətirilmir?

Bir müddətdir ki, bulvar ərazisində bəzi atraksionların istifadəsi dayandırılıb, bir neçə atraksion sökülüb.

Day.Az xəbər verir ki, bir neçə ay əvvəl Dənizkənarı Bulvar İdarəsinin sədrinin müşaviri Könül İmamverdiyeva Trend-ə bildirmişdi ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün ərazidən götürülüb.

Amma hələki köhnələrinin yerinə yeniləri gözə dəymir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən K.İmamverdiyeva bu dəfə bildirib ki, yeni atraksionların quraşdırılması üçün iş gedir:

"Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır və layihə üzərində işlər gedir", - deyə K.İmamverdiyeva əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости