Geri qayıdan Bakı-Naxçıvan təyyarəsi yola düşüb

"Azərbaycan Hava Yolları"nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisi saat 13:07-də Naxçıvana yola düşüb.

Bu barədə Day.Az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, sözügedən təyyarə əlverişsiz hava səbəbindən hava limanına qayıtmışdı.

XXX

12:15

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bazar günü Trend-ə bildirilib ki, təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.