Əli Əsədovdan əhalinin həssas qruplarına sosial dəstəklə bağlı

Gələn il də əhalinin, şəhid ailələrinin, qazilərin sosial təminatının gücləndirilməsi, inflyasiya nəzərə alınaraq əhalinin həssas qruplarına sosial dəstək verilməsi davam etdiriləcək.

Day.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Baş nazir qeyd edib ki, növbəti ilin dövlət büdcəsinin 67 faizi və ya 15,2 milyard manatı sosialyönümlü olacaq.

Qeyd edək ki, bu gün 2023-cü ilin dövət büdcəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Dövlət büdcəsinin əvvəl müzakirə olunan variantına müxtəlif dəyişikliklər edilib. Büdcəyə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 (+53 278,0) min manat, xərcləri 33 353 278,0 (+53 278,0) min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 (+53 278,0) min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 (+53 278,0) min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq olunub.