Tavuşdakı erməni hərbçilər birbaşa Azərbaycanla sərhəddə xidmət edir

Tavuşdakı erməni hərbçilər birbaşa Azərbaycanla sərhəddə xidmət edir.

Day.Az xəbər verir ki, bu barədə Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərə deyib.

O qeyd olunan istiqamətdə silahlı qüvvələrin bölmələrinin də olduğunu əlavə edib.

Qeyd edək ki, 15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilmiş, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.