Növbəti humanitar yardımı daşıyan avtomobillər İran ərazisinə keçib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən aprelin 4-də 10 yük avtomobili (TIR) vasitəsilə Bakıdan yola salınan növbəti humanitar yardım "Cənub-Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən İran İslam Respublikasına keçib.

Day.Az Trend-ə istinadən bildirir ki, ümumi həcmi 200 ton olan humanitar yardıma 190 ton ərzaq və qida məhsulları, 7 ton dərman vasitələri və 3 ton tibbi ləvazimatlar daxildir.

Qeyd edək ki, yardım Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir.

xxx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, İran İslam Respublikasına növbəti humanitar yardım "Cənub-Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub.

Day.Az Trend-ə istinadən bildirir ki, on avtomobildən ibarət yük karvanı gömrük yoxlanışından keçdikdən sonra İran istiqamətinə yola salınacaq.

Qeyd edək ki, ümumi həcmi 200 ton olan humanitar yardıma 190 ton ərzaq və qida məhsulları, 7 ton dərman vasitələri və 3 ton tibbi ləvazimatlar daxildir.

xxx

09:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana növbəti humanitar yardım yola salınıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Buna 190 ton ərzaq və qida məhsulları, 7 ton həcmində dərman vasitələri və 3 ton həcmində isə tibbi ləvazimatlar daxildir.

Humanitar yardımın 10 yük avtomobili (TIR) vasitəsilə göndərilib.

Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən göndərilən növbəti humanitar yardımın müşayiət olunması və qarşı tərəfə təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının, Xarici İşlər Nazirliyinin, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin rəsmi şəxsləri İran İslam Respublikasına səfərə yola düşüblər.