Ürək və əzələlər üçün faydalı qəlyanaltı açıqlanıb

Mütəxəssislər balqabaq tumunu maqneziumla zəngin ən faydalı məhsullardan biri hesab edirlər. Bildirilir ki, bu məhsul ürəyin, əzələlərin və sinir sisteminin normal fəaliyyətini dəstəkləyir, həmçinin sümük və dişlərin möhkəmlənməsinə kömək edir.

Day.Az xəbər verir ki, balqabaq tumunun tərkibində maqneziumla yanaşı, sink, fosfor, lif və bitki mənşəli zülal da var. Bu maddələr immunitetin güclənməsinə, həzmin yaxşılaşmasına və yuxu keyfiyyətinin artırılmasına müsbət təsir göstərir.

Dietoloqlar gündəlik rasiona təxminən 20-30 qram balqabaq tumu əlavə etməyi tövsiyə edirlər. Lakin həddindən artıq istehlak həzm narahatlığı yarada biləcəyi üçün normaya riayət etmək vacib sayılır.