https://news.day.az/azerinews/1851335.html “Zülfüqar - 2026” birgə taktiki təlimi başa çatıb - FOTO İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa çatıb. Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

“Zülfüqar - 2026” birgə taktiki təlimi başa çatıb - FOTO

Azərbaycanca, 31 июля 2026 17:54 (UTC +04:00) 107
“Zülfüqar - 2026” birgə taktiki təlimi başa çatıb

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa çatıb.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, təlimin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah da qatılıb.

Birgə taktiki təlimin əsas məqsədi iştirakçı ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, peşəkar bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsi olub.

Təlim rəhbərliyi ilə birlikdə tədbirin yekun mərhələsini izləyən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov xüsusi təyinatlılarımızın peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

  • “Zülfüqar - 2026” birgə taktiki təlimi başa çatıb
  • “Zülfüqar - 2026” birgə taktiki təlimi başa çatıb
  • “Zülfüqar - 2026” birgə taktiki təlimi başa çatıb
  • “Zülfüqar - 2026” birgə taktiki təlimi başa çatıb
  • “Zülfüqar - 2026” birgə taktiki təlimi başa çatıb
  • “Zülfüqar - 2026” birgə taktiki təlimi başa çatıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости