https://news.day.az/azerinews/1860291.html “Roblox” uşaqlar üçün nə qədər təhlükəlidir? "Roblox" milyonlarla istifadəçini bir araya gətirən məşhur onlayn oyun platforması olsa da, uşaqlar üçün müəyyən risklər yaradır. Day.Az xəbər verir ki, platformada fırıldaqçılıq, hesabların ələ keçirilməsi, şəxsi məlumatların oğurlanması və tanımadıqları şəxslərlə ünsiyyət əsas təhlükələr sırasındadır.

“Roblox” uşaqlar üçün nə qədər təhlükəlidir?

Azərbaycanca, 16 сентября 2026 01:19 (UTC +04:00) 368
“Roblox” uşaqlar üçün nə qədər təhlükəlidir?

"Roblox" milyonlarla istifadəçini bir araya gətirən məşhur onlayn oyun platforması olsa da, uşaqlar üçün müəyyən risklər yaradır.

Day.Az xəbər verir ki, platformada fırıldaqçılıq, hesabların ələ keçirilməsi, şəxsi məlumatların oğurlanması və tanımadıqları şəxslərlə ünsiyyət əsas təhlükələr sırasındadır. Xüsusilə "pulsuz Robux" vədləri, saxta keçidlər və ticarət təklifləri uşaqların aldadılmasına səbəb ola bilər.

Platformada uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcək məzmun və çağırışlarla qarşılaşması da narahatlıq doğurur. Bu səbəbdən valideynlərin uşaqların platformadakı fəaliyyətinə nəzarət etməsi, məxfilik parametrlərini düzgün qurması və tanımadıqları şəxslərlə ünsiyyətə məhdudiyyət qoyması vacibdir.

Mütəxəssislər uşaqlara şəxsi məlumatlarını paylaşmamağı, şübhəli keçidlərə daxil olmamağı və "pulsuz Robux" kimi təkliflərə inanmamağı öyrətməyi tövsiyə edirlər. Hesabın valideynin elektron poçtuna bağlanması və iki mərhələli doğrulamanın aktivləşdirilməsi də təhlükəsizliyi artıran əsas tədbirlərdəndir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости