https://news.day.az/azerinews/1860399.html Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib - FOTO Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 16-da "Stabillik naminə konsensus yaratmaq, təhlükəsizlik idarəçiliyini birlikdə inkişaf etdirmək" şüarı ilə keçirilən 13-cü Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib. Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib - FOTO

Azərbaycanca, 16 сентября 2026 10:47 (UTC +04:00) 222
Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 16-da "Stabillik naminə konsensus yaratmaq, təhlükəsizlik idarəçiliyini birlikdə inkişaf etdirmək" şüarı ilə keçirilən 13-cü Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq təhlükəsizlik məsələləri üzrə dialoq və əməkdaşlığın təqdim edildiyi Pekin Syanşan Forumu dövlətlər arasında etimad və qarşılıqlı anlaşmanı möhkəmləndirmək, regional və qlobal təhlükəsizlik problemlərinin sülh yolu ilə həlli üçün ən mühüm platformalardan hesab olunur.

Qeyd edək ki, 100-dən çox ölkənin müdafiə qurumlarının rəhbər şəxslərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərin nümayəndələrinin, eləcə də yüksək rütbəli hərbçilərin, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin iştirakı ilə keçirilən forum sentyabrın 17-dək davam edəcək.

  • Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib
  • Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib
  • Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib
  • Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib
  • Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib
  • Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости