Yaşıl çayın çəkiyə nəzarətdə rolu
Yaşıl çay maddələr mübadiləsini dəstəkləyərək çəkiyə nəzarətə kömək edə bilər. Tərkibindəki katexinlər termogenez və yağların oksidləşməsində iştirak edir, kofeinlə birlikdə isə enerji sərfiyyatını artıra bilər.
Day.Az xəbər verir ki, mütəxəssislər yaşıl çayın təkbaşına arıqlama vasitəsi olmadığını bildirirlər. Onun təsiri balanslaşdırılmış qidalanma və fiziki aktivliklə birlikdə daha məntiqli qiymətləndirilir.
Diyetoloqlar gündə 2-3 fincan yaşıl çay içməyi məsləhət görürlər. Həddindən artıq kofein yuxusuzluq, narahatlıq və mədə qıcıqlanmasına səbəb ola bilər. Mədə-bağırsaq, ürək-damar və ya dəmirin sorulması ilə bağlı problemi olan şəxslərin isə mütəmadi qəbuldan əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре