https://news.day.az/azerinews/1862077.html
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - VİDEO
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Əməliyyat zamanı narkokuryerlikdə şübhəli bilinən P.Mustafayev və Ə.İsmayılov saxlanılıblar.
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - VİDEO
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əməliyyat zamanı narkokuryerlikdə şübhəli bilinən P.Mustafayev və Ə.İsmayılov saxlanılıblar.
Onlardan ümumilikdə 31 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri müxtəlif ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре