https://news.day.az/azerinews/1863051.html Qazaxıstanda hərbi islahat planı hazırlanacaq Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hərbi islahat planının hazırlanmasını tapşırıb. AZƏRTAC Akordaya istinadla xəbər verir ki, dövlət başçısı müdafiə qurumunun rəhbər heyəti ilə müşavirə keçirib və yeni müdafiə nazirini təqdim edib.

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Azərbaycanca, 27 сентября 2026 18:00 (UTC +04:00) 269
Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hərbi islahat planının hazırlanmasını tapşırıb.

AZƏRTAC Akordaya istinadla xəbər verir ki, dövlət başçısı müdafiə qurumunun rəhbər heyəti ilə müşavirə keçirib və yeni müdafiə nazirini təqdim edib.

Dövlət başçısı Manqistau vilayətində keçirilən təlimlər zamanı 14 hərbi qulluqçunun həlak olması ilə bağlı baş verənlərə sərt reaksiya verib. Prezident hərbi qulluqçuların sülh dövründə həlak olmasını "mahiyyət etibarilə cinayət xarakterli olan zabitlərin, o cümlədən generalların qeyri-peşəkarlığının nəticəsi" adlandırıb.

Kasım-Jomart Tokayev təkcə faciənin şəraitinin deyil, həm də belə təlimlərin keçirilməsi planının nədən irəli gəldiyinin və qarşıya qoyulan vəzifələrin müasir təhdidlərə nə dərəcədə cavab verdiyinin araşdırılmasını tələb edib.

"Ordudakı köhnə problemlər rəhbərlik tərəfindən ildən-ilə həll olunmur və bu, ölkənin müdafiə qabiliyyətini zəiflədir. Keçmiş faciələrdən heç bir nəticə çıxarılmayıb", - deyə Prezident bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости