https://news.day.az/azerinews/1863458.html Torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsi xidməti tam elektronlaşdırılıb Torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilərək mülkiyyətçiyə tanıdılması xidməti elektronlaşdırılıb.

Torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsi xidməti tam elektronlaşdırılıb

Azərbaycanca, 29 сентября 2026 16:20 (UTC +04:00) 197
Torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsi xidməti tam elektronlaşdırılıb

Torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilərək mülkiyyətçiyə tanıdılması xidməti elektronlaşdırılıb.

Day.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, vətəndaşlar xidmətə Elektron Xidmətlər Portalı⁠ (https://e-services.economy.gov.az/) vasitəsilə müraciət edə bilərlər.

Müraciətə baxıldıqdan sonra rəsmi cavab məktubu xüsusi link vasitəsilə elektron formada göndərilir. Əvvəllər müraciətlər və cavab məktubları kağız daşıyıcıda təqdim olunurdu.

Xidmət mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulub. Müraciət əsasında sahənin sərhədləri dəqiqləşdirilir, sərhəd nöqtələrinin koordinatları ölçülərək yerində göstərilir.

Dövlət Xidməti bildirir ki, bu prosedur qonşu sahələrlə sərhəd mübahisələrinin qarşısını almağa və tikintidən əvvəl ərazinin dəqiq hüdudlarını müəyyənləşdirməyə kömək edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости