https://news.day.az/azerinews/1863633.html Subaylara dövlət dəstəyi ilə sevgili tapılacaq - Bu ölkədə Sinqapurda hökumət subay vətəndaşların münasibət qurmasına dəstək məqsədilə yeni tanışlıq platformasını istifadəyə verib. Day.Az xəbər verir ki, "FirstDate" adlı platforma "GovTech Singapore" tərəfindən hazırlanıb və hazırda pilot layihə çərçivəsində 21-35 yaş arası subay dövlət sektoru əməkdaşları üçün əlçatandır.

Subaylara dövlət dəstəyi ilə sevgili tapılacaq - Bu ölkədə

Azərbaycanca, 30 сентября 2026 12:04 (UTC +04:00) 173
Subaylara dövlət dəstəyi ilə sevgili tapılacaq

Sinqapurda hökumət subay vətəndaşların münasibət qurmasına dəstək məqsədilə yeni tanışlıq platformasını istifadəyə verib.

Day.Az xəbər verir ki, "FirstDate" adlı platforma "GovTech Singapore" tərəfindən hazırlanıb və hazırda pilot layihə çərçivəsində 21-35 yaş arası subay dövlət sektoru əməkdaşları üçün əlçatandır.

Platformada istifadəçilər maraqları, həyat tərzi, şəxsi dəyərləri və tərəfdaş seçimləri barədə məlumatları əks etdirən anket doldururlar. Sistem əldə olunan məlumatlar əsasında uyğun hesab etdiyi şəxsi müəyyənləşdirir. İştirakçıların şəxsiyyəti isə "Singpass" rəqəmsal identifikasiya sistemi vasitəsilə təsdiqlənir.

Klassik tanışlıq tətbiqlərindən fərqli olaraq, "FirstDate" istifadəçilərə çoxsaylı profillərə baxmaq imkanı vermir. Sistem hər dəfə bir uyğunluq təqdim edir və tərəflərə bunu qəbul edib-etməmək üçün 72 saat vaxt tanıyır. Hər iki şəxs müsbət cavab verdikdə onların əlaqə məlumatları qarşılıqlı şəkildə paylaşılır.

Uyğunlaşdırma zamanı "Gale-Shapley" sabit evlilik alqoritmindən istifadə olunur. İstifadəçiyə uyğunluq göstəricisi ilə yanaşı, qarşı tərəfin profili və onun haqqında əlavə qeyd də təqdim edilir.

Platformada cütlüklərin ilk görüşünü təşviq edən "Date Quest" funksiyası da mövcuddur. Müəyyən fəaliyyətlərdə iştirak edən uyğunlaşdırılmış cütlüklərə üçüncü tərəflər tərəfindən yemək vauçerləri təqdim oluna bilər. Lakin vauçerin məbləği və təqdim olunması "GovTech" tərəfindən müəyyən edilir və bütün iştirakçılar üçün avtomatik olaraq pulsuz yemək nəzərdə tutulmur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости