Gecə saat 12-dən sonra yatmaq zərərlidirmi? Həkimdən açıqlama
Rusiyalı somnoloq Maksim Novikov bildirib ki, gecə saat 12-dən sonra yatmaq özlüyündə zərərli deyil. Onun sözlərinə görə, əsas məsələ yuxunun kifayət qədər olması, rejimin müntəzəmliyi və insanın fərdi xüsusiyyətlərinə uyğun qurulmasıdır.
Day.Az-ın məlumatına görə, mütəxəssis qeyd edib ki, davamlı olaraq gecə saat 3-4-də yatmaq və günortaya qədər oyanmamaq bəzi insanlarda bioloji ritmi poza, yuxunun və gün ərzində gümrahlığın keyfiyyətini azalda bilər. Əsas risk isə gec yatmaqdan çox, xroniki yuxusuzluq və dəyişkən yuxu rejimidir.
Həkim yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün sabit qrafikə riayət etməyi, axşamlar parlaq işığı azaltmağı və yatmazdan əvvəl ağır fəaliyyətlərdən uzaq durmağı tövsiyə edib. O vurğulayıb ki, sağlam yuxuda əsas göstərici saatın neçə olması deyil, yuxunun müddəti və müntəzəmliyidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре