https://news.day.az/azerinews/1863787.html
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti oktyabrın 2-də 3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Day.Az-a xidmətdən bildirilib. Qeyd olunub ki, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20,8-28,4 metrədək güclənəcək.
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti oktyabrın 2-də 3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə Day.Az-a xidmətdən bildirilib.
Qeyd olunub ki, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20,8-28,4 metrədək güclənəcək.
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Qəbələ, Hacıqabul, Salyan, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Culfa, Mingəçevir, Sabirabad, Şirvan, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре