https://news.day.az/azerinews/1518033.html Müdafiə potensialının gücləndirilməsi dövlət büdcəsinin əsas xərc istiqamətlərdən biri olacaq - Əli Əsədov

Müdafiə potensialının gücləndirilməsi dövlət büdcəsinin əsas xərc istiqamətlərdən biri olacaq - Əli Əsədov

Azərbaycanca, 9 декабря 2022 12:15 (UTC +04:00) 794
Müdafiə potensialının gücləndirilməsi dövlət büdcəsinin əsas xərc istiqamətlərdən biri olacaq

Qarşıda duran əsas məsələlərdən biri Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və daim lazımi səviyədə saxlanmasıdır.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Baş nazir bildirib ki, ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərimizin peşəkarlığının artırılması, ordumuzun müasir silahlarla təmin olunması hər zaman dövlət büdcəsinin əsas xərc istiqamətlərdən biri olacaq.

Qeyd edək ki, bu gün 2023-cü ilin dövət büdcəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Dövlət büdcəsinin əvvəl müzakirə olunan variantına müxtəlif dəyişikliklər edilib. Büdcəyə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 (+53 278,0) min manat, xərcləri 33 353 278,0 (+53 278,0) min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 (+53 278,0) min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 (+53 278,0) min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости