https://news.day.az/azerinews/1679313.html Mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirləri zəruridir - XİN Ermənistan tərəfindən yerləşdirilmiş minalar Azərbaycan vətəndaşlarının təhlükəsizliyini və rifahını təhdid etməkdə davam edir.Day.Az xəbər verir ki, bu barədə XİN-in sosial media paylaşımında bildirilib."2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 376-ya çatıb, onlardan 69-u həlak olub.

Mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirləri zəruridir - XİN

Azərbaycanca, 2 августа 2024 16:52 (UTC +04:00) 1 224
Mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirləri zəruridir

Ermənistan tərəfindən yerləşdirilmiş minalar Azərbaycan vətəndaşlarının təhlükəsizliyini və rifahını təhdid etməkdə davam edir.

Day.Az xəbər verir ki, bu barədə XİN-in sosial media paylaşımında bildirilib.

Bildirilib ki, bu gün biri Azərbaycan Dövlət Sərhəd Xidmətinin, digərləri ANAMA əməkdaşı olmaqla 4 nəfər mina partlaması nəticəsində xəsarət alıb.

"2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 376-ya çatıb, onlardan 69-u həlak olub. Mina qurbanlarının sayının artması bu təhlükənin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirlərinin görülməsinin zəruriliyini vurğulayırıq", - əlavə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости