https://news.day.az/azerinews/1859965.html Sentyabrın 15-dən şəhərətrafı qatarların yeni hərəkət cədvəli tətbiq ediləcək - ADY Sentyabrın 15-dən şəhərətrafı qatarların yeni hərəkət cədvəli tətbiq ediləcək. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarından (ADY) məlumat verilib. Yeni qrafikə əsasən, şəhərətrafı qatarların gündəlik reyslərinin ümumi sayı 90-dan 96-ya yüksəldilib.

Sentyabrın 15-dən şəhərətrafı qatarların yeni hərəkət cədvəli tətbiq ediləcək - ADY

Azərbaycanca, 14 сентября 2026 17:13 (UTC +04:00) 300
Sentyabrın 15-dən şəhərətrafı qatarların yeni hərəkət cədvəli tətbiq ediləcək

Sentyabrın 15-dən şəhərətrafı qatarların yeni hərəkət cədvəli tətbiq ediləcək.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarından (ADY) məlumat verilib.

Yeni qrafikə əsasən, şəhərətrafı qatarların gündəlik reyslərinin ümumi sayı 90-dan 96-ya yüksəldilib.

Həmçinin Xırdalan-Bakı istiqamətində səfər müddəti 45 dəqiqədən 35 dəqiqəyə endiriləcək.

Xırdalan-Biləcəri sahəsində dəmiryol körpüsünün bərpası başa çatdıqdan sonra isə Xırdalan-Bakı istiqamətində səfər müddəti yenidən 26 dəqiqə olacaq. Eyni zamanda, Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.

Yeni hərəkət cədvəlləri ilə buradan tanış ola bilərsiniz: https://ticket.ady.az/az/yeni-hereket-cedveli

Qeyd edək ki, ADY-nin yaydığı məlumata görə, sentyabrın 15-dən Bakı Dəmiryol Vağzalında 11 yeni turniketin quraşdırıldığı əlavə zal istifadəyə veriləcək və bununla turniketlərin ümumi sayı 46-ya çatdırılacaq. ADY həmçinin təmassız ödəniş imkanlarını genişləndirib. Sərnişinlər turniketlərdə "Visa" ilə yanaşı, "Mastercard" bank kartları vasitəsilə də NFC ilə gediş haqqını ödəyə bilərlər. Bakı və Sabunçu vağzalları, eləcə də Pirşağı, Xırdalan, Koroğlu, Bakıxanov, Məmmədli və Dərnəgül stansiya və dayanacaqlarında bank kartı ilə keçid üçün əlavə 58 validator quraşdırılıb. Növbəti mərhələdə "SİMA Pay" vasitəsilə üztanıma ilə ödəniş terminallarının sayının artırılması nəzərdə tutulur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости