https://news.day.az/azerinews/1863300.html “BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır Almaniyanın "BioNTech" biotexnologiya şirkəti Marburq, İdar-Oberşteyn və Tübingen şəhərlərindəki üç istehsal müəssisəsini bağlamaq qərarına gəlib. AZƏRTAC xəbər verir ki, müəssisələrin satılması ilə bağlı aylarla davam edən danışıqlar nəticə vermədiyindən belə bir qərar qəbul edilib.

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Azərbaycanca, 28 сентября 2026 20:37 (UTC +04:00) 372
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Almaniyanın "BioNTech" biotexnologiya şirkəti Marburq, İdar-Oberşteyn və Tübingen şəhərlərindəki üç istehsal müəssisəsini bağlamaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, müəssisələrin satılması ilə bağlı aylarla davam edən danışıqlar nəticə vermədiyindən belə bir qərar qəbul edilib. Buna hazırkı çətin bazar və investisiya mühiti səbəb olub. Tübingen müəssisəsinin 2027-ci ilin sonunda, Marburqdakı zavodun 2028-ci ilin əvvəlində, İdar-Oberşteyndəki müəssisənin isə 2028-ci ilin sonunda fəaliyyətini dayandırması planlaşdırılır.

"BioNTech" qərarı müəssisələrin aşağı yüklənməsi, istehsal güclərinin artıqlığı, xərclərin azaldılması və şirkətin xərçəng xəstəliklərinin müalicəsi istiqamətinə fokuslanması ilə əlaqələndirib. Müəssisələrin satılması üçün müxtəlif şirkət və investorlarla danışıqlar aparılsa da, heç biri sövdələşmə ilə nəticələnməyib.

Şirkətin Berlindəki "JPT Peptide Technologies" törəmə müəssisəsi isə artıq satılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости