https://news.day.az/azerinews/1863792.html Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşüb Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda qeyd edilib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşüb

Azərbaycanca, 30 сентября 2026 20:01 (UTC +04:00) 184
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda qeyd edilib.

Bildirilib ki, Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkmənistan Silahlı Qüvvələrinin hərbi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

 

Sərgi çərçivəsində Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkmənistan müdafiə nazirinin müavini polkovnik Bəymurat Soltanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

General-polkovnik K.Vəliyev Azərbaycanın türkdilli ölkələrin hərbi qurumları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib.

Səmimi qəbula görə təşəkkür edən qonaq ölkələrimiz arasında mövcud olan əlaqələrin dostluq, qardaşlıq, tarixi və mədəni köklərə əsaslandığını qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости