https://news.day.az/tourism/1504979.html ATAA daxili turizmin inkişafı məqsədilə regionların potensialını araşdırır - FOTO Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) nəzdində yaradılan Turizm Ekspertlər Klubunun regionların turizm imkanlarının qiymətləndirilməsi və bölgələrin daxili turizm potensialının artırılması məqsədilə görüşü keçirilib.

ATAA daxili turizmin inkişafı məqsədilə regionların potensialını araşdırır - FOTO

Туризм, 20 октября 2022 14:22 (UTC +04:00) 2 513
ATAA daxili turizmin inkişafı məqsədilə regionların potensialını araşdırır

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) nəzdində yaradılan Turizm Ekspertlər Klubunun regionların turizm imkanlarının qiymətləndirilməsi və bölgələrin daxili turizm potensialının artırılması məqsədilə görüşü keçirilib.

ATAA-dan Day.Az-a bildirilib ki, görüşdə ilkin mərhələdə İsmayıllı və Şamaxı rayonlarının mövcud turizm infrastrukturu ilə yaxından tanış olmaq məqsədilə infoturun təşkil olunması təklif olunub.

İnfoturun məqsədi qeyd edilən bölgələrdə mövcud turizm marşrutları, turizm məhsulları, istirahət və əyləncə mərkəzləri, hotellər ilə yaxından tanış olmaq, toplanılan məlumatları assosiasiyaya təqdim etməkdir.

Assosiasiya bu marşrutların və məhsulların daha da təkmilləşdirilməsi üçün təkliflər hazırlayaraq Dövlət Turizm Agentliyinə müraciət edəcək.

Növbəti səfərin Gəncə şəhərinə təşkili nəzərdə tutulub.

  • ATAA daxili turizmin inkişafı məqsədilə regionların potensialını araşdırır
  • ATAA daxili turizmin inkişafı məqsədilə regionların potensialını araşdırır
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости