https://news.day.az/azerinews/1155225.html Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib?

Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib?

Azərbaycanca, 11 сентября 2019 17:16 296

Azərbaycanda yanvar-avqust ayları ərzində 137 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib.

Day.Az xəbər verir ki, bunu Trend-ə KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dəm qazından zəhərlənənlərin 6-sı uşaq olub.

Ümumilikdə bu ilin ilk 8 ayı ərzində 71 nəfər ilan, 14 nəfər əqrəb, 6 nəfər qara qurd sancması, 23 nəfər isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bu il 1 nəfər sirkə turşusundan zəhərlənərək ölüb. Sirkə turşusundan zəhərlənmə istisna olmaqla, il ərzində zəhərlənməyə məruz qalanlar arasında ölüm halı baş verməyib.

A.Maqsudov qeyd edib ki, sirkə turşusundan zəhərlənənlərin, əsasən, 70 faizi qadın, 30 faizi kişi olur. Zəhərlənən qadınlar arasında 30-45, kişilər arasında isə 45-50 yaşlılar üstünlük təşkil edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей
Ещё новости