“PASHA Bank Cup IV” yarışmasının qalibləri bəlli olub

Ölkədə İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmağı hədəfləyən "PASHA Bank Cup IV" yarışması başa çatıb.

Müsabiqənin sentyabr ayının 25-də Bakı Mühəndislik Universitetində baş tutan final mərhələsində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Final mərhələsində iştirak edən "PAŞA Bank"ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilov müsabiqə barədə öz fikirlərini bölüşüb: "Bildiyiniz kimi, "PAŞA Bank", ölkədə İT sahəsinin inkişafına yönələn bir sıra layihələrin və tədbirlərin həyata keçirilməsini dəstəkləyib. Artıq dördüncü ildir ki, keçirilən "PASHA Bank Cup" proqramlaşdırma müsabiqəsi bu layihələr sırasında xüsusi yerə malikdir. "PASHA Bank Cup" layihəsi Azərbaycanda İT və proqramlaşdırma sahəsinin inkişafına əhəmiyyətli töhfə verən, bu il aramızdan vaxtsız ayrılan fizika-riyaziyyat elmləri namizədi, dosent Ramin Mahmudzadədən ilhamlanaraq hazırlanıb. Mərhum alimin ideyasını davam etdirmək, ölkəmizin dayanıqlı inkişafının hərəkətverici qüvvəsi olan istedadlı gəncləri və peşəkarları tanımaq və tanıtmaq, onlara yeni fundamental biliklər qazanmağa kömək etmək bizim üçün çox önəmlidir".

Ümumilikdə 35 nəfər qələbə uğrunda qızğın mübarizədə öz qüvvəsini sınayıb. Hər yaş kateqoriyası üzrə yarışmanın ilk üç qaliblərini diqqətinizə çatdırırıq:

Kateqoriya: məktəblilər Nəticə Mükafat
Fidan Hüseynova 100 Apple MacBook Air
Xizri Sakrayev 100 Apple iPad
Murad Tarıverdiyev 69.68 Kindle
Kateqoriya: tələbələr Nəticə Mükafat
İbrahim Tağızadə 100 Apple MacBook Air
Emil İnoçkin 100 Apple iPad
Hüseyn Hacıyev 100 Kindle
Kateqoriya: peşəkarlar Nəticə Mükafat
Rəşad Məmmədov 100 Apple MacBook Air
Anar Verdiyev 100 Apple iPad
Mixaylo Medvedyev 66.31 Kindle

Xatırladaq ki, "PAŞA Bank", İT sahəsinin inkişafına töhfə vermək, bu sahədə ən son trendləri və təcrübələri paylaşmaq üçün "DevOpsDays", "Rəqəmsal zirvələr" konfransı, "hackathon"lar və bir sıra layihələr həyata keçirib.