https://news.day.az/azerinews/1841596.html Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, şəhərin çıxışında, Gəncə-Goranboy xətti üzrə hərəkət edən "Hyundai" markalı sərnişin avtobusu "Range Rover"ə çırpılıb. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 8 nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb

Azərbaycanca, 15 июня 2026 18:25 (UTC +04:00) 339
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb,

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin çıxışında, Gəncə-Goranboy xətti üzrə hərəkət edən "Hyundai" markalı sərnişin avtobusu "Range Rover"ə çırpılıb. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 8 nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Məlumata görə, qəzada 1998-ci il təvəllüdlü Ə.Əliyev, 2000-ci il təvəllüdlü A.Mehdiyev, 1995-ci il təvəllüdlü S.Məmmədova, 1986-cı il təvəllüdlü E.Həsənova, 1989-cu il təvəllüdlü Ə.Süleymanov, 2024-cü il təvəllüdlü Ə.Süleymanova, 2022-ci il təvəllüdlü M.Süleymanova və 1996-cı il R.Məmmədova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости