Badam ürək üçün ən faydalı qozlardan biridir – Araşdırma
Qidalanma üzrə mütəxəssis İrina Nesterovanın və "Health" jurnalında dərc olunan məlumatlara görə, hər gün təxminən 20-25 ədəd badam yemək orqanizmə faydalı yağlar, maqnezium, lif və antioksidantlar təmin edir. Badam xüsusilə ürək-damar sistemi üçün faydalı hesab olunur.
Day.Az xəbər verir ki, araşdırmalara əsasən, badam "pis" xolesterin (LDL) səviyyəsini azaldır, "yaxşı" xolesterini (HDL) isə qoruyur.
Eyni zamanda qan təzyiqinin tənzimlənməsinə kömək edir və damarların elastikliyini artırır. Bu təsirlər ürək xəstəlikləri riskini azalda bilər.
Bundan əlavə, badam bağırsaq sağlamlığını yaxşılaşdırır, immuniteti dəstəkləyir və tərkibindəki E vitamini sayəsində hüceyrələri zədələnmədən qoruyur. Araşdırmalar onu da göstərir ki, badam iştahı azaldaraq çəki nəzarətinə kömək edə bilər və dəri sağlamlığına müsbət təsir göstərə bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре