İki rayonda qaz olmayacaq

Azərbaycanda iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq.

Day.Az xəbər verir ki, bu barədə müvafiq regional qaz istismarı idarələri məlumat yayıb.

Zaqatala Regional Qaz İstismar İdarəsinin məlumatına görə, təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 19-da saat 09:00-dan işlər yekunlaşanadək rayonun N.Nərimanov, Ü.Hacıbəyov, G.Kərimova, M.Əzizbəyov, Tağıyev və 28 May küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Salyan Regional Qaz İstismarı İdarəsinin məlumatına görə isə payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar həmin gün saat 11:00-dan işlər başa çatanadək Neftçala rayonunun Beşdəli, Cəngən, Ərəbqardaşbəyli, Pirəbbə, 2-ci Qaralı və Yuxarı Qaraimanlı kəndlərində qazın verilişi dayandırılacaq.

Qaz təchizatı aparılan işlər başa çatdıqdan sonra bərpa olunacaq.