https://news.day.az/azerinews/1863372.html Suda boğulma statistikası AÇIQLANIB Bu il sentyabrın 15-dək qeyri-çimərlik ərazilərində suda 64 nəfərin cəsədi aşkarlanaraq çıxarılıb.

Suda boğulma statistikası AÇIQLANIB

Azərbaycanca, 29 сентября 2026 11:31 (UTC +04:00) 176
Suda boğulma statistikası

Bu il sentyabrın 15-dək qeyri-çimərlik ərazilərində suda 64 nəfərin cəsədi aşkarlanaraq çıxarılıb.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ötən ilin eyni dövründə qeyri-çimərlik ərazilərində suda 85 nəfərin cəsədi tapılaraq çıxarılıb. Bu il həmin göstərici təxminən 25 faiz azalıb.

Bildirilib ki, çimərlik mövsümü ərzində FHN-in nəzarət etdiyi ərazilərdə ölüm faktı qeydə alınmayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости