Mağazadan oğurluq edənə 8 il həbs
Day.Az представляет новость на азербайджанском языке
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Siyəzən rayon sakini Elmin Musaxanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Milli.Az APA-ya istinadən bildirir ki, məhkəmənin hökmü ilə E.Musaxanov 8 il müddətinə azadlıdan məhrum edilib.
Qeyd edək ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan oğurluq etmiş Siyəzən rayon Zarat kənd sakini, əvvəllər məhkum olunmuş Elmin Musaxanov tutulub.
O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham olunur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре