Pərdə ilə bağlı çoxlarının etdiyi səhv yuxuya pis  təsir edir

Mütəxəssislərin fikrincə, bir çox insan gecə yatmazdan əvvəl pərdə ilə pəncərələri tamamilə bağlayır, lakin bu vərdiş yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər.

Day.Az xəbər verir ki, tam qapalı pərdə səhər təbii işığın otağa daxil olmasını əngəlləyir və bu da oyanma prosesini çətinləşdirir.

Tədqiqatlara əsasən, orqanizmin oyanması gün işığı ilə sıx bağlıdır. Səhər işığı beyinə "gün başlayır" siqnalı verir və insanın daha tez və rahat oyanmasına kömək edir. Buna görə də pərdə tam bağlandıqda, insan daha uzun müddət yorğunluq hiss edə bilər.

Mütəxəssislər pərdə tam endirmək əvəzinə, kiçik bir aralıq saxlamağı tövsiyə edirlər. Bu, səhər saatlarında otağa tədricən təbii işığın daxil olmasına və daha yüngül oyanmağa şərait yaradır. Eyni zamanda isti havalarda bu üsul hava dövranını da yaxşılaşdırır.