https://news.day.az/azerinews/1841159.html Emin Əmrullayev məzunları təbrik etdi Elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında "Son Zəng"lə bağlı paylaşım edib. Day.Az xəbər verir ki, paylaşımda deyilir: "Əziz məzunlar, Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnız bilik deyil, həm də dəyərlər və həyatda doğru seçimlər etmək bacarığı qazandırdı.

Emin Əmrullayev məzunları təbrik etdi

Azərbaycanca, 13 июня 2026 10:11 (UTC +04:00) 320
Emin Əmrullayev məzunları təbrik etdi

Elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında "Son Zəng"lə bağlı paylaşım edib.

Day.Az xəbər verir ki, paylaşımda deyilir:

"Əziz məzunlar,

Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnız bilik deyil, həm də dəyərlər və həyatda doğru seçimlər etmək bacarığı qazandırdı. Bu yolda sizə böyük fədakarlıqla yol göstərən dəyərli müəllimlərimizə, övladlarının hər uğur və çətinliyində yanlarında olan əziz valideynlərimizə təşəkkür edirəm.

Müasir və güclü Azərbaycanın gələcəyi sizin bilik, bacarıq və intellektinizdən asılıdır. İnanıram ki, seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz ölkəmizin inkişafına dəyərli töhfə verəcəksiniz.

Əziz məzunlar, sizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!"

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости