https://news.day.az/azerinews/1841572.html Enerji sektoru əlaqələrimizin inkişafında mühüm amildir - səfir Enerji sektoru Azərbaycan və Almaniya arasında ticarət əlaqələrinin inkişafında mühüm amildir. Trend-in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Hörlemann Bakıda keçirilən mətbuat brifinqi zamanı bildirib. "Enerji sektoru ticarət əlaqələrimizin inkişafında mühüm amildir.

Enerji sektoru əlaqələrimizin inkişafında mühüm amildir - səfir

Azərbaycanca, 15 июня 2026 16:25 (UTC +04:00) 301
Enerji sektoru əlaqələrimizin inkişafında mühüm amildir

Enerji sektoru Azərbaycan və Almaniya arasında ticarət əlaqələrinin inkişafında mühüm amildir.

Trend-in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Hörlemann Bakıda keçirilən mətbuat brifinqi zamanı bildirib.

"Enerji sektoru ticarət əlaqələrimizin inkişafında mühüm amildir. Bildiyiniz kimi, Azərbaycandan neft idxalına əlavə olaraq, artıq üç alman şirkəti SOCAR ilə Azərbaycandan qaz tədarükü üçün müqavilələr imzalayıb. Bu, Almaniyanı Azərbaycan qazının birbaşa istehlakçısı etmir, çünki Azərbaycanla Almaniya arasında boru kəməri bağlantısı yoxdur. Lakin Avropa İttifaqının Azərbaycandan idxal etdiyi qaz əsasən İtaliyaya gedir və daha sonra inteqrasiya olunmuş Avropa enerji bazarında satılır", - deyə səfir bildirib.

 

Onun sözlərinə görə, müxtəlif Aİ ölkələri və müxtəlif enerji şirkətləri arasında çoxsaylı svop müqavilələri mövcuddur. Beləliklə, Almaniya svop əməliyyatları vasitəsilə dolayı yolla Azərbaycan qazını idxal edir və ya istehlak edir.

Səfir bildirib ki, bu, çox yaxşıdır, çünki Avropa enerji bazarının sabitləşməsinə töhfə verir, xüsusən də Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından və Hörmüz boğazının bağlanmasından bəri Avropa enerji bazarının məruz qaldığı təzyiqi bir qədər azaldır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости