https://news.day.az/azerinews/1841645.html Yol Polisi çağırış edir: “Piyadalar, diqqətli olun!” Piyadaların iştirakı ilə baş verən qəzaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi hər zaman vacibdir. Day.Az xəbər verir ki, bu məqsədlə iyun ayının 15-dən 22-dək ölkəmizdə "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcəkdir.

Yol Polisi çağırış edir: “Piyadalar, diqqətli olun!”

Azərbaycanca, 16 июня 2026 09:21 (UTC +04:00) 263
Yol Polisi çağırış edir:

Piyadaların iştirakı ilə baş verən qəzaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi hər zaman vacibdir.

Day.Az xəbər verir ki, bu məqsədlə iyun ayının 15-dən 22-dək ölkəmizdə "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcəkdir.

Tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərlə yanaşı, əhali arasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piydalardan yollarda ehtiyatlı olmağı xahiş edir, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbirə töhfə verməyə çağırır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости