Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox investisiya yatırılıb
Bugünkü müzakirələr kontekstində Azərbaycanın investisiyaların cəlb edilməsi, özəl sektorun inkişafı və investisiya mühitinin yaxşılaşdırılması sahəsində təcrübəsini bölüşmək istərdim. Azərbaycan ardıcıl olaraq iqtisadiyyatın açıqlığı və sahibkarlıq təşəbbüslərinin təşviqi siyasətini həyata keçirir.
Day.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Özbəkistanın paytaxtında keçirilən V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Baş nazirin sözlərinə görə, son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici investisiyaların payına düşür:
"Ölkədə investor hüquqlarının etibarlı qorunmasını, investisiyaların toxunulmazlığına təminat verilməsini, kapitalın sərbəst hərəkətini və bazarın bütün iştirakçıları üçün bərabər şəraitin yaradılmasını təmin edən müasir qanunvericilik bazası formalaşdırılıb".
Ə.Əsədov bildirib ki, Azərbaycanın mühüm rəqabət üstünlüklərindən biri onun Avrasiyanın əsas nəqliyyat marşrutlarının kəsişməsində yerləşən unikal coğrafi mövqeyidir:
"Ardıcıllıqla həyata keçirilən infrastruktur layihələri ölkəmizi regionun ən vacib nəqliyyat-logistika qovşaqlarından birinə çevirib. Bu gün Azərbaycan müasir nəqliyyat infrastrukturunun, dəniz limanlarının, dəmir yolu və avtomobil magistrallarının inkişafına əhəmiyyətli vəsait yatırmağa davam edir, bununla da regional əlaqələrin möhkəmlənməsinə və biznes imkanlarının genişlənməsinə töhfə verir".
Ə.Əsədov qeyd edib ki, daha bir perspektivli istiqamət yaşıl enerjinin inkişafıdır:
"Azərbaycan milli enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması istiqamətində qarşısına iddialı məqsədlər qoyub. Günəş və külək enerjisi sahələrində genişmiqyaslı layihələr həyata keçirilir, aparıcı beynəlxalq şirkətlər cəlb olunur və investorlar üçün yeni imkanlar yaradılır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре