Ürək xəstələri üçün yeni ümid: Yaponiyada ilk dəfə “ürək plastırı” köçürüldü
Yaponiyada ilk dəfə standart klinik təcrübə çərçivəsində iPS kök hüceyrələrindən yetişdirilən "ürək plastırı" pasiyentə köçürülüb.
Day.Az-ın məlumatına görə, əməliyyat Osaka xəstəxanasında aparılıb və təxminən 50 dəqiqə davam edib.
Təxminən 50 yaşlı, miokard infarktından sonra ağır ürək çatışmazlığından əziyyət çəkən qadına tətbiq olunan "RiHEART" adlı vasitə ürəyin səthinə yerləşdirilib. Məqsəd zədələnmiş ürək toxumasının bərpasına dəstək olmaq və ürək əzələsinin fəaliyyətini yaxşılaşdırmaqdır.
iPS hüceyrələrindən hazırlanan bu texnologiyanın əsas məqsədlərindən biri yeni qan damarlarının yaranmasına kömək etməkdir. Belə "ürək yamaları" daha əvvəl klinik sınaqlar çərçivəsində tətbiq edilsə də, bu əməliyyat standart klinik təcrübə çərçivəsində ilk belə müdaxilə kimi təqdim olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре