https://news.day.az/azerinews/1863767.html Dünyada ən çox qəhvə içilən ölkələr açıqlanıb – SİYAHI Beynəlxalq Qəhvə Təşkilatının məlumatına görə, 2025-ci ilin oktyabrından 2026-cı ilin sentyabrınadək dünyada qəhvə istehlakı 180,6 milyon kisə təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə azalıb. Day.Az-ın məlumatına görə, istehlak həcminə görə ABŞ 24,6 milyon kisə ilə birinci, Braziliya isə 23,5 milyon kisə ilə ikinci olub.

Dünyada ən çox qəhvə içilən ölkələr açıqlanıb – SİYAHI

Azərbaycanca, 1 октября 2026 06:51 (UTC +04:00) 198
Dünyada ən çox qəhvə içilən ölkələr açıqlanıb

Beynəlxalq Qəhvə Təşkilatının məlumatına görə, 2025-ci ilin oktyabrından 2026-cı ilin sentyabrınadək dünyada qəhvə istehlakı 180,6 milyon kisə təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə azalıb.

Day.Az-ın məlumatına görə, istehlak həcminə görə ABŞ 24,6 milyon kisə ilə birinci, Braziliya isə 23,5 milyon kisə ilə ikinci olub.

İlk onluqda həmçinin Almaniya, Yaponiya, İndoneziya, İtaliya, Fransa, Çin, Vyetnam və Rusiya yer alıb.

Adambaşına qəhvə istehlakında isə Lüksemburq liderdir - illik 19,85 kiloqram. Sonrakı yerləri Maldiv adaları (14,4 kq), Finlandiya (9,58 kq), Andorra (8,67 kq) və Norveç (8,18 kq) tutur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости