https://news.day.az/azerinews/1863771.html Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 30-da Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm ilə görüşüb.

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanca, 30 сентября 2026 18:22 (UTC +04:00) 248
Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 30-da Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm ilə görüşüb.

Nazirlər Kabinetindən Day.Az-a bildiriblər ki, görüşdə Bakıda üzgüçülük idman növü üzrə ilk dəfə Dünya Kubokunun keçirilməsinin əhəmiyyəti vurğulanıb, yarışın Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmlənməsinə və ölkəmizdə üzgüçülüyün təşviqinə töhfə verəcəyi qeyd edilib.

Azərbaycanda üzgüçülüyün inkişafına göstərilən diqqət, yaradılmış müasir idman infrastrukturu və ölkəmizin beynəlxalq yarışların təşkilində qazandığı zəngin təcrübə barədə söhbət açılıb.

Beynəlxalq Üzgüçülük Federasiyası ilə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, bu tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости