https://news.day.az/azerinews/1840083.html 7-ci siniflər üçün qəbul prosesi start götürdü 2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır. Bu barədə Day.Az-a Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, qeydiyyat 9 - 19 iyun tarixlərində aparılacaq.

7-ci siniflər üçün qəbul prosesi start götürdü

Azərbaycanca, 8 июня 2026 15:31 (UTC +04:00) 288
7-ci siniflər üçün qəbul prosesi start götürdü

2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır.

Bu barədə Day.Az-a Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, qeydiyyat 9 - 19 iyun tarixlərində aparılacaq. Qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində "Sorğu yerləşdir" bölməsinə daxil olaraq öncə "Mərkəzi imtahanla qəbul" düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər.

Qeyd edək ki, şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. İmtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim edilir. Müvafiq bal toplayan şagirdlər seçim mərhələsinə buraxılır. Qəbul olunan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılır və sənəd qəbulu prosesi aparılır. Lisey seçimi 2 mərhələdə, ehtiyac olduqda isə 3 mərhələdə həyata keçirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости