https://news.day.az/azerinews/1863558.html Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə daha 42 ailə qayıdıb - YENİLƏNİB - FOTO Şükürbəyli kəndinə, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb. Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə - 60 nəfər, Xocalı şəhərinə 17 ailə - 78 nəfər, Xocavənd şəhərinə 16 ailə - 55 nəfər köçürülüb.

Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə daha 42 ailə qayıdıb - YENİLƏNİB - FOTO

Azərbaycanca, 30 сентября 2026 14:32 (UTC +04:00) 199
Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə daha 42 ailə qayıdıb

Sentyabrın 30-da Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndi, Xocalı və Xocavənd şəhərləri, eləcə də Xocalının Xanyurdu və Ağdərə rayonunun Vəngli kəndlərinə növbəti köç həyata keçirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə (60 nəfər), Xocalı şəhərinə 17 ailə (78 nəfər), Xocavənd şəhərinə 16 ailə (55 nəfər), Xocalının Xanyurdu kəndinə 1 ailə (5 nəfər), Ağdərə rayonunun Vəngli kəndinə isə 1 ailə (4 nəfər) köçürülüb.

Ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.

Köçürülən sakinlərə yeni yaşayış mənzillərinin açarları təqdim olunub.

XXX
07:58

Şükürbəyli kəndinə, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb.

Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə - 60 nəfər, Xocalı şəhərinə 17 ailə - 78 nəfər, Xocavənd şəhərinə 16 ailə - 55 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

  • Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə daha 42 ailə qayıdıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости