https://news.day.az/azerinews/1841939.html Müəllimlərin sertifikasiya imtahanı başlayıb Müəllimlərin sertifikasiya imtahanı başlayıb. Day.Az xəbər verir ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsi 17-19 və 23-25 iyun tarixlərini əhatə edəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə imtahanlar paytaxtda 8 imtahan mərkəzində təşkil ediləcək.

Müəllimlərin sertifikasiya imtahanı başlayıb

Azərbaycanca, 17 июня 2026 10:13 (UTC +04:00) 243
Müəllimlərin sertifikasiya imtahanı başlayıb

Müəllimlərin sertifikasiya imtahanı başlayıb.

Day.Az xəbər verir ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsi 17-19 və 23-25 iyun tarixlərini əhatə edəcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə imtahanlar paytaxtda 8 imtahan mərkəzində təşkil ediləcək.

Bu il təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər ilk dəfə sertifikasiya imtahanı verəcəklər.

Qeyd edək ki, fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri də sertifikasiya imtahanlarında iştirak edəcəklər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости