https://news.day.az/azerinews/1841963.html Qızını itirən tanınmış vəkilin ürəkdağlayan SÖZLƏRİ - FOTO Bakı-Sumqayıt avtomobil magistralında baş vermiş və 17 yaşlı Zəhranın həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayılıb.

Qızını itirən tanınmış vəkilin ürəkdağlayan SÖZLƏRİ - FOTO

Azərbaycanca, 17 июня 2026 11:43 (UTC +04:00) 333
Qızını itirən tanınmış vəkilin ürəkdağlayan

Bakı-Sumqayıt avtomobil magistralında baş vermiş və 17 yaşlı Zəhranın həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayılıb.

Day.Az xəbər verir ki, hadisə ilə bağlı paylaşım edən tanınmış hüquqşünas Fərhad Mehdiyev qızının ölümünə gətirib çıxaran səbəblərdən birinin yol kənarında nasaz vəziyyətdə saxlanılan avtomobil olduğunu bildirib.

Onun sözlərinə əsasən, həmin nəqliyyat vasitəsi yolun sol zolağında dayanıb, sağ hərəkət zolağı isə dolu olduğundan motosiklet sürücüsü manevr etmək imkanından məhrum olub.

Fərhad Mehdiyev əlavə olaraq qızının motosiklet idarə etməsini də hadisəyə təsir edən amillərdən biri kimi qeyd edib.

"Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq qəlbimə yazılacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, qəza ötən gün Riyad Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb. "Mercedes-Benz" markalı avtomobil ilə motosikletin toqquşması nəticəsində 17 yaşlı Zəhra Mehdiyeva həyatını itirib.

  • Qızını itirən tanınmış vəkilin ürəkdağlayan
  • Qızını itirən tanınmış vəkilin ürəkdağlayan
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости