Stresə qarşı ən yaxşı vasitə açıqlandı
Çin Elmlər Akademiyasının Psixologiya İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər.
Day.Az xəbər verir ki, araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.
Tədqiqatda 120 gənc iştirak edib. Gərgin riyazi tapşırıqlardan sonra fortepiano musiqisi dinləyən şəxslərin əhvali-ruhiyyəsi daha çox yaxşılaşıb, ürək döyüntüləri və tərləmə səviyyəsi isə su səslərini dinləyənlərlə müqayisədə daha sürətlə azalıb.
Alimlər bildirirlər ki, fortepiano musiqisi beynin səs qavrayışı və stres reaksiyasına cavabdeh olan sistemləri arasındakı əlaqələrə müsbət təsir göstərə bilər. Bununla belə, tədqiqat yalnız sağlam gənclər arasında aparıldığından, eyni təsirin depressiya və təşviş pozuntusu olan insanlarda müşahidə edilib-edilməyəcəyi hələ məlum deyil.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре