Dünya mediası Azərbaycanın vahiməli silahından yazır

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın Silahlı Qüvvələrinin aprelin ilk günlərində işğalçı Ermənistana vurduğu ciddi zərbələr dünyanın aparıcı mətbuat orqanlarının da əsas mövzularından birinə çevrilib. 

Day.Az publika.az-a istinadən bildirir ki, ABŞ-ın "Washington Post", İsrailin "Haarretz" və "Yerusalem Post" kimi aparıcı qəzetləri Azərbaycan ordusunun erməni işğalçılarına vurduğu zərbələrdən bəhs edib. Mətbuat yazılarında xüsusilə ordumuzun düşməni sarsıdan pilotsuz döyüş aparatlarından - "kamikadze dron"dan geniş bəhs ediblər. "Haaretz" qəzeti "İsrailin istehsal etdiyi intihar dronu Dağlıq Qarabağ münaqişəsində istifadə olunub" sərlövhəli yazıya adıçəkilən vahiməli silahın videokadrlarını da yerləşdirib. 
 
Qəzet yazıb ki, dron ilk dəfədir ki, döyüşdə istifadə olunur. Daha sonra qeyd olunur ki, bu vahiməli silah hədəfləri radar əsasında, yaxud radio dalğaları ilə tapır və intihar bombası ilə onun üstünə gedir. 
 
Qeyd edək ki, Ermənistandan Qarabağ cəbhəsinə döyüşçüləri daşıyan avtobusun məhz bu kamikadze dron tərəfindən vurulduğu və 7 terrorçunun məhv edildiyi barədə məlumatlar yayılmışdı. Erməni tərəfi isə bu məlumatı təkzib edə bilməmişdi. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.