Ölümündən bir neçə gün əvvəl ad gününü qeyd edib

Xəbər verdiyimiz kimi, "Bəxt üzüyü"nün Sevdası, aktrisa Firəngiz Rəhimbəyova vəfat edib. 

Day.Az axşam.az-a istinadən bildirir ki, aktrisa avqustun 5-də ad gününü qeyd edib. 

62-ci yaşı tamam olan Firəngiz şəkillərini feysbukda yayımlayaraq "Mənə gözəl ad günü arzuları göndərmək üçün vaxt ayıran hər kəsə səmimi təşəkkürümü bildirmək istəyirəm. Həyatımda hamınızın olduğu üçün çox xoşbəxtəm" sözlərini yazıb

Qeyd edək ki, "Bəxt üzüyü" filmində Seda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. F.Rəhimbəyova ürəktutmasından dünyasını dəyişib.