https://news.day.az/azerinews/1363993.html Bakının girişində güclü tıxac yaranıb - BNA

Bakının girişində güclü tıxac yaranıb - BNA

Azərbaycanca, 23 июля 2021 09:14 (UTC +04:00) 679
Bakının girişində güclü tıxac yaranıb

Bakı Nəqliyyat Agentliyi paytaxtda sıxlıq olan əraziləri açıqlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, hazırda Bakı - Sumqayıt şossesi - Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq var.

Həmçinin Binəqədi şosesi - (Əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər,Şəhər istiqamətində),
Ziya Bünyadov prospekti - (Əsasən,Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq - Əsas yol,20 Yanvar dairəsi istiqamətində),

Tbilisi prospekti - Əsas yol və Köməkçi yol - (20 Yanvar dairəsindən başlayaraq,əsasən,Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində),

Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər,Hökumət Evi istiqamətində) nisbətən, Yavər Əliyev küçəsi - (Aeroport şossesinə çıxan yol), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində) və Mikayıl Əliyev küçəsi - (Heydər Əliyev prospekti - Köməkçi yol istiqamətində) sıxlıq müşahidə edilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости