Altı yaşlı azərbaycanlı "Şumaxer" - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Gürcüstanın Marneuli rayonunda yaşayan Elsun Ocaqverdiyev altı yaşından avtomobil idarə edir
Day.Az xəbər verir ki, atası Vüsal Ocaqverdiyevin ölkə.az-a bildirdiyinə görə, oğlu altı yaşından müxtəlif avtomobilləri idarə etməyi bacarır. Hazırda səkkiz yaşı olan Ocaqverdiyev istənilən minik avtomobilini, hətta mikroavtubusu sürməkdə çətinlik çəkmir:
"Elsunun uşaqlıqdan maşına marağı olub. Altı yaşından rahat maşın sürə bilir. Ən böyük arzularından biri böyüyüb, sürücülük vəsiqəsi almaqdır. Öz aramızda ona zarafatca "Şumaxer" deyirik".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре