Tezliklə yenidən Azərbaycana səfər edəcəyəm

Tezliklə yenidən Azərbaycana səfər edəcəyəm.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

"Çox yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcəyəm. İranda baş verən partlayış səbəbi ilə səfəri qısa zaman ərzində başa çatdırmalıyam. Yaxın gələcəkdə Azərbaycana baş tutacaq səfərində bir neçə gün qalmağa çalışacağam", - o bildirib.