https://news.day.az/azerinews/1804449.html Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var Ağcabədidə iki avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Day.Az Trend-ə istinadən xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı avtomobil "VAZ"2106 markalı avtomobillə toqquşub.

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycanca, 22 декабря 2025 23:39 (UTC +04:00) 379
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Ağcabədidə iki avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Day.Az Trend-ə istinadən xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı avtomobil "VAZ"2106 markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ"da olan 1951-ci il təvəllüdlü Əhmədov Əli Bayramqulu oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

"KİA" markalı avtomobildə olan Həsənova Aynur Mahir qızının xəsarətləri yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb. "KİA" markalı avtomobil 44 günlük Vətən müharibəsi şəhidi Məqsəd Həsənovun ailəsinə məxsusdur və xəsarət alan A.Həsənova şəhidin bacısıdır.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости