Bakıda qara görə taksi xidmətləri qiymətləri qaldırdı

Bakıya yağan güclü qar səbəbi ilə bir çox şəxs avtomobilini yola çıxarmaq istəmədiyindən taksilərə təlabat artıb. Bəzi taksi sürücüləri isə bundan istifadə edərək qiymətləri 3-4 dəfə artırıblar. Taksi sürücüləri isə artımın özünəməxsus səbəbləri olduğunu bildirib.

Qiyməti artımı taksi şirkətləri tərəfindən də edilib. Süni qiymət artımı müştərilər tərəfindən birmənalı qarşılanmayıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Bəkı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, hazırda ölkədə Vahid qiymət tətbiq edilmədiyindən buna yol verən sürücüləri cəzalandırmaq mümkün deyil . Amma hazırda tətbiqi üçün iş aparılan vahid qiymət tarifi həyata keçirildikdən sonra sürücülərin, istəyə görə qiymət artırmasına icazə verilməyəcək.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda qara görə taksi xidmətləri qiymətləri qaldırdı - 4 dəfə